Ötən gün polis tərəfindən 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu haqda dekabrın 17-də DİN məlumat verib.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və yaşadıqları evlərə qaytarıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.