Bu il polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı 2 ton 993 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə noyabrın 18-də DİN bildirib.
Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 1 ton 409 kiloqramı heroin, 276 kiloqramı isə metamfetamin olub.
Bir il ərzində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 311 mütəşəkkil cinayətkar dəstənin üzvləri, ümumilikdə isə 4 481 nəfər məsuliyyətə cəlb edilib.