Daxili İşlər Nazirliyi pirotexniki, yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslərə xəbərdarlıq edib. Bu barədə 16 dekabr tarixində Report Nazirliyə istinadən məlumat verib.
Xəbərdarlıqda bildirilib ki, sözügedən məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində ciddi tədbirlər görüləcək.