DİN qanunsuz ov tüfəngi olan vətəndaşları silahları könüllü şəkildə polisə təqdim etməyə çağırıb.
“Könüllü şəkildə polisə təqdim olunan silahlara görə vətəndaş hər hansı məsuliyyətə cəlb olunmur. Lakin əməliyyat yolu və ya daxil olan məlumat əsasında vətəndaşda silah aşkar edilirsə, həmin şəxs barəsində qanunda nəzərdə tutulan qaydada tədbir görülür”, - deyə dekabrın 16-da DİN-in polis mayoru bildirib.