Sentyabrın 22-də DİN saxta COVID pasportu alanlara xəbərdarlıq edib: “Saxta COVID-19 pasportu satanlarla yanaşı, o sənədi alan və istifadə edən şəxslər də cinayət məsuliyyəti daşıyır”.
Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
Bu şəxslər 2500 manatdan 5000 manatadək cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.