Bugün, noyabrın 19-da saat 11 radələrində 26 nəfər sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, toplaşma səbəbi həmin şəxslərə əlillik pensiyasının verilməsinin dayandırılmasıdır.
Toplaşanlara ƏƏSMN-in əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.
DİN-dən bildirib ki, vətəndaşların müraciətləri aidiyyəti dövlət qurumları tərəfindən araşdırılacaq.