Ötən gün törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə dekabrın 21-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Axtarışda olduğuna görə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılıb. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilib.
Ölkədə 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.