DİN oktyabrın 14-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. Ötən gün ərzində cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29 fakt müəyyənləşdirilib.