Ötən gün, dekabrın 8-də ölkə ərazisində 122 toy şənliyinin monitorinqi həyata keçirilib. 26 nəfər COVID-19 pasportu olmadığına görə tədbirə buraxılmayıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Monitorinq 19 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən toy mərasimlərini əhatə edib. Nəticədə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.