Sentyabrın 13-də Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirib ki, bəzi şəxslər dələduzluq yolu ilə vətəndaşlardan evin başqasına verilməməsi üçün mənzilə baxış keçirmədən bank hesabına beh və ya kirayə pulunun göndərilməsini istəyirlər. Təhsil ilinin başlaması ilə əlaqədar bu kimi hallar çoxalıb.
Bu kimi hallarla qarşılaşdıqda vətəndaşlar 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya nazirliyin sosial şəbəkələrdəki səhifəyə müraciət edə bilərlər.