Oyuncaq silah ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına və stress keçirməsinə səbəb ola bilər. Bu haqda Daxili İşlər Nazirliyinin nümayəndəsi Elşad Hacıyev dekabrın 9-da məlumat verib.
Məlumata əsasən, oyuncaq silahlar ilə bağlı qadağa yoxdur. Lakin vətəndaşlar bu oyuncağın ictimai yerlərdə, beldə və avtomobilin görünən yerində saxlanılması ilə bağlı müraciət edir.
"Müraciətləri araşdıraraq oyuncaq silah gəzdirəni dəvət edirik. O isə cavab verir ki, "oyuncaqdır, elə-belə gəzdirirəm". Təbii ki, bizə məlumdur, onu nə səbəblə gəzdirir. Bu özünü göstərməkdir yoxsa kiminsə diqqətini çəkməkdir?”