Cari ilin ilk 2 ayı ərzində Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 820,84 milyon manat vəsait köçürülüb. Bu barədə 9 mart tarixində Komitənin sədri Səfər Mehdiyev öz Twitter səhifəsində məlumat verib.
Məlumata əsasən, büdcə öhdəliyi 126,28% yerinə yetirilib, yəni büdcəyə planlaşdırılandan 170,84 milyon manat artıq vəsait köçürülüb.
Dövlət #Gömrük Komitəsi 2022-ci il yanvar-fevral ayları üçün nəzərdə tutulan #büdcə öhdəliyini 126,28 faiz yerinə yetirib. İlkin məlumata görə 820,84 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 170,84 milyon manat artıq deməkdir.
— Safar Mehdiyev (@SafarMehdiyev_) March 9, 2022