Ölkədə xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr tarixinədək uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək. Bu barədə Dövlət Miqrasiya Xidmətindən avqustun 30-da məlumat verilib.
Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları məhdud rejimdə fəaliyyət göstərəcək. Həmin günlərdə vətəndaşlar müraciətlərini MigAz mobil tətbiqi vasitəsilə ünvanlaya bilərlər.