Oktyabrın 26-da mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında dövlət qulluğu vəzifələrinin A və B növü üzrə müsahibə elan edilib. Bu haqda DİM məlumat verib.
Müsahibədə iştirak etmək istəyən namizədlər oktyabrın 26-dan noyabrın 24-ü saat 18:00-dək DİM-in internet portalında qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, ümumi müsahibəyə çıxarılmış 58 vakansiyadan 38-i dövlət qulluğunun inzibati rəhbər, 20-i isə icraçı vəzifələrinə aiddir.