2021-ci il 13 sentyabr tarixində dövlət orqanlarında 36 vakant vəzifəsi üzrə müsahibə elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər sentyabrın 13-dən oktyabrın 12-dək “Dövlət qulluğu üzrə müraciət forması rel="nofollow"”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Ən çox vakant vəzifə Dövlət Statistika Komitəsi (8 vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (7 vəzifə) və Energetika Nazirliyi (5 vəzifə) tərəfindən təqdim olunub.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları dim.gov.az internet portalından əldə edə bilərlər.