“Instagram”da ünvanlı sosial yardım alınması üçün ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun rəsmisi Rəşad Mehdili sentyabrın 11-də paylaşım edib.
“Vətəndaşlara ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi paylaşımlara aldanmamağı tövsiyə edirik”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, sözügedən elanlar aztəminatlı ailələrin üzvlərini aldadaraq, onlardan qazanc əldə etməsi məqsədilə verilir.
Rəşad Mehdili, həmçinin əlavə edib ki, bu paylaşım sahibləri səhifələrini silməsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq.