Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı 10 yanvar tarixində xəbərdarlıq edib.
Müraciətdə bildirilib ki, son zamanlar DTX adından istifadə edərək yaradılmış bir sıra saxta səhifələr fəaliyyət göstərir. Nəticədə həmin səhifələrdə paylaşılan məlumatlar istifadəçilər tərəfindən rəsmi məlumat kimi qəbul olunur.
Qeyd olunub ki, DTX tərəfindən məlumatlar yalnız qurumun rəsmi saytında yerləşdirilir və Facebook, Twitter, İnstagram, Youtube sosial şəbəkələrində paylaşılır.
Həmçinin bildirilib ki, sosial şəbəkələrdə DTX-nın rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.