DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə əməkdaşlığı çərçivəsində 100 nəfər müvafiq sahədə işlərə cəlb olunub. Bu barədə 12 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, işə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işlərini yerinə yetirəcəklər.
Qeyd edək ki, onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.