“Safavy” MMC və “Fogito” MMC layihələrinə “Startap” şəhadətnaməsi verilib. Bu haqda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytında 16 dekabr tarixində məlumat paylaşılıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Sözügedən şəhadətnaməni əldə etmək üçün sahibkarlar ərizə formasını və lazım olan digər sənədləri yazılı formada və ya elektron qaydada KOBİA-ya göndərməlidirlər.
Bu günə kimi KOBİA tərəfindən 27 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.