"Kibrit.Tech", “Profam”, "Unibroad" sahibkarlıq subyektilərinə “Startap” şəhadətnaməsi verilib. Bu haqda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytında məlumat verilib.
“Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ, rəqabətqabiliyyətli və analoqu olmayan məhsul (xidmət) istehsalı üçün təqdim edilir. Mikro və kiçik sahibkarlar şəhadətnaməni aldıqları tarixdən mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar.
Sözügedən şəhadətnaməni əldə etmək üçün sahibkarlar ərizə formasını və lazım olan digər sənədləri yazılı formada və ya elektron qaydada KOBİA-ya göndərməlidirlər.
Bu günə kimi KOBİA tərəfindən 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.