Ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Bu haqda oktyabrın 26-da “YAŞAT” Fondu məlumat verib.
Qazilər müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlanılacaq.
Fond tərəfindən bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.