Daha 6 nəfər qazi yuxarı ətrafları amputasiya olunmuş yüksək texnologiyalı protezlərlə təmin edilib. Bu haqda oktyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Protezlər qabaqcıl texnologiyaya malik olan “ÖSSUR” şirkəti tərəfindən təmin edilir. Həmin protezlərin bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur.
Ümumilikdə 2020-ci ilin dekabr ayından bu günə qədər 149 qazi son nəsil protezlərlə təmin edilib.