Vətən müharibəsində ağır yaralanan üç qazi müalicə almaq üçün Türkiyəyə göndərilib. Bu barədə martın 31-də “YAŞAT” Fondu məlumat paylaşıb.
Camal Alxasov, Xəyal Səfərli və Adəm Məmmədzadə Türkiyəyə yola salınıb. Heydər Əliyev və Rüstəm Ömərov isə müalicəsini tamamlayaraq ölkəyə geri qayıdıb.
Bu günə qədər 167 qazi müalicə üçün Türkiyəyə göndərilib. 127 qazinin müalicəsi yekunlaşıb və onlar Vətənə qayıdıblar. Qazilərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
[URIS id=39901]