Dələduzluqda təqsirləndirilən “BTB leasing” ASC-nin vəzifəli şəxsinin cinayət işinin istintaqı tamamlanıb. Bu barədə aprelin 18-də Baş Prokurorluqdan məlumat verilib.
Ceyhun Əli-zadə 2019-cu ilin may ayından 2020-ci ilin noyabrınadək lizinq xətti ilə avtomobil almaq istəyən vətəndaşları aldatma yolu ilə müştəri kimi cəlb edərək onların pulunu ələ keçirib.
O, “dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələrilə ittiham olunub.