Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi” çərçivəsində arıçı fermerlərə təlimlər keçirilib. Bu barədə 18 aprel tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Məlumata əsasən, 3 gün davam edən təlimlərdə Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçılar iştirak ediblər. Bildirilib ki, layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları, beçələmə qaydaları barədə təlim keçirilib.
Həmçinin fermerlərin arı ailələri və müvafiq ləvazimatlarla təmin edilməsi, Daşkəsən rayonu ərazisində nektar verən ağac və kolların əkilməsi nəzərdə tutulur.
![]()