Daşkəsən rayonunda kənd ərazisində silah-sursat aşkarlanıb. Bu barədə 10 iyul tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Kənd ərazisindən keçən çayın yatağına baxış keçirən zaman oradan 126 ədəd 7,62 kalibrli avtomat, 99 ədəd pulemyot patronları və 3 ədəd F1 əl qumbarası aşkar edilərək götürülüb.