2021-ci ildə daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirilib. Bu, Kapital Bank və “Qırmızı Ürəklər” Fondu tərəfindən icra olunur.
Bankdan martın 18-də verilən məlumata görə, əsas məqsəd diqqətdən kənarda qalan bu insanların cəmiyyətdə aktiv iştirakını təmin etmək olub. Aztəminatlı ailələrin himayəsində olan daun sindromlu uşaqlar üçün rəsm, rəqs, kulinariya, keramika, qurama sənəti və s. istiqamətlər üzrə master-klaslar təşkil edilib.
Master-klaslar layihənin tərəfdaşları olan “Kinderland” əyləncə mərkəzində və “İL Patio” restoranında baş tutub.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Sayta daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər məlumatları əldə etmək olar.