Bu gün IX sinif şagirdlərinin buraxılış imtahanı zamanı 2 nəfərdə mobil telefon aşkarlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Onlar imtahandan xaric ediliblər. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan şagirdlər də olub.
Bildirilib ki, nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.