Metro stansiyalarında, piyada keçidlərində və avtobuslarda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Bu barədə aprelin 15-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Qeyd olunub ki, maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır. Karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimələnir.
“Vətəndaşlardan xahiş edirik ki, infeksiyanın yayılmasına imkan verməmək üçün qaydalara əməl etsinlər, infeksiya riski olan yerlərdə özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar”, - deyə əlavə olunub.