Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müvəqqəti rəis təyin olunub. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Bu barədə 11 iyul tarixində APA məlumat verib.
Əmrə əsasən, mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.