“Polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb”. Bunu aprelin 18-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, bəzi şəxslər qapalı məkanlarda polisin həyata keçirdiyi tədbirləri qınaq hədəfinə çevirməyə çalışırlar: “Qapalı məkanlarda nə qədər tibbi maskadan istifadə etməyən, yaxud düzgün istifadə etməyən şəxslər var. Onların hər biri barəsində cərimələnmə həyata keçirilmir. Ancaq bu haldan sui-istifadə edən şəxslərə rast gəlinir”.
Elşad Hacıyev bir daha vətəndaşları qapalı yerlərdə fiziki məsafə saxlamağa və tibbi maskadan istifadə etməyə çağırıb.