Hindistan məbədinin ziyarətçiləri kondisionerdən damçılayan suyun müqəddəs olduğuna inanırlar.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda dindarlar fil heykəlindən damcılayan müqəddəs saydıqları sudan içmək üçün növbəyə düzülüblər.
Ancaq sonradan məlum olub ki, bu, məbədin kondisioner sistemindən gələn kondensasiya olub.
Müqəddəs saydıqları suyu içmək üçün məbədə gələn insanlar uzun növbələr yaradıblar.
Bəzi hindlilər suyun damcıladığı yerdə dua da ediblər.
Məbəd rəsmiləri insanları mayeni içməməyə çağırıblar. Onlar həmin suyun insan orqanizmi üçün zərərli olduğunu bildiriblər.
Посмотреть эту публикацию в Instagram