Dini klipin çəkildiyi məktəbin direktoru cəzalandırılıb. Bunu dekabrın 21-də keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
“Dini klipin hansı məktəbdə çəkilməsi barədə məlumatımız var. Məktəb binası hansısa dini, siyasi mesajların paylaşılması üçün yer olmamalıdır”, - deyə nazir bildirib.
O qeyd edib ki, insanlar istənilən mövzuda klip çəkə bilərlər: “Sadəcə onun məktəbdə çəkilməsi bizim prosedurlara ziddir. Hətta maarifləndirmə ilə bağlı da Təhsil Nazirliyindən icazə alınmalıdır. Bu halda belə bir icazə alınmamışdı”.
Hadisə bazar günü baş verib, valideynlər də iştirak edib. Nazirlik məktəblərdə bu tip fəaliyyətin olmasını qeyri-qanuni hesab edir.