Yanvarın 23-də Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul üzrə test imtahanı keçirəcək. Bu haqda dekabrın 3-də DİM məlumat verib.
İmtahanda iştirak etmək istəyən namizədlər 23 dekabr 2021-ci il saat 10:00-dan 12 yanvar 2022-ci il saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat DİM-in rəsmi saytında aparılacaq.
Həmçinin DİM tərəfindən dekabrın 26-da xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Qeydiyyat 8 dekabr saat 10:00-dan 19 dekabr saat 18:00-dək həyata keçiriləcək.