top
Dişlər niyə tündləşir? - SƏBƏBLƏR
10 dekabr 2024, 23:22
- ↺ +

Dişlər niyə tündləşir? - SƏBƏBLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağappaq təbəssüm bir çox insanın arzusudur. Lakin zamanla dişlər daha tünd rəng ala bilər. Bunun düzgün olmayan qidalanmadan tutmuş ciddi xəstəliklərə qədər bir çox səbəbi ola bilər.

Gazeta.ru xəbər verir ki, rusiyalı həkim-stomatoloq, parodontoloq Niyat Kadiyeva dişlərin rənginin tündləşmə səbəbindən və problemin həlli yollarından danışıb.

O qeyd edib ki, dişlərin rəng dəyişikliklərini şərti olaraq iki böyük qrupa bölmək olar - anadangəlmə və sonradan qazanılmış dəyişikliklər.

"Anadangəlmə diş rəngi dəyişiklikləri hamilə qadının müəyyən dərmanlar, məsələn tetrasiklin antibiotiklərini qəbul etməsi ilə əlaqəli ola bilər. Bu, həmçinin piqment mübadiləsinin pozulması ilə əlaqəli anadangəlmə xəstəlik də ola bilər", - deyə o bildirib.

Stomatoloqun sözlərinə görə, rəng dəyişikliyinin səbəblərindən biri də sudakı flüorun normadan artıq olması da ola bilər. Bu zaman flüoroz baş verir - dişdə ağdan tünd qəhvəyi rəngə qədər ləkələr əmələ gəlir.

"Lakin biz çox vaxt qazanılmış diş qaralmalarını görürük. Bu isə mayelərdən, qidalardan qəbul etdiyimiz piqmentlər səbəbindən meydana gəlir. Bura siqaret çəkməyi də aid etmək olar. Tütün piqmenti, giləmeyvələr, meyvələr, tərəvəzlər, çay, qəhvə və bəzi digər məhsullardan gələn piqment əvvəlcə dişlərin səthində oturur, sonra isə daxili qata - dentinə nüfuz edərək dişi daha dərindən rəngləyir", - deyə stomatoloq bildirib.

Həkim eyni zamanda yaş dəyişikliyinin də səbəb ola biləcəyini qeyd edib. O bildirib ki, həyat boyu dişlərimizin mina qatı aşınır, nazikləşir və buna görə də piqmentin içəri nüfuz etməsi daha asan və sürətli olur, bundan da dişlərin daha tünd rəngi yaranır.

Stomatoloq bildirib ki, daha az hallarda dişlərin qaralması hər hansı dərmanların və ya ağız boşluğu üçün qarqara məhlullarının istifadəsi ilə əlaqədar olur. Bu problem, həmçinin zərərli istehsalatda işləyənlərdə müşahidə oluna bilər.

"Lakin elə hallar olur ki, yalnız bir diş qarala bilər. Çox vaxt söhbət nə vaxtsa kiçik ağ ləkə ilə başlayan, dişin içində və ya xaricində tünd qəhvəyi, yaxud qara ləkə ilə bitən kariyes prosesinin inkişafından gedir. Ola bilər ki, kariyes artıq sinirin iltihabına və ya sinirin artıq öldüyü prosesə keçib. Bu, dişin içindəki sinir-damar dəstəsində dəyişikliklərə səbəb olur və bununla da rəng dəyişir. Eyni sxem üzrə diş zədəsi özünü göstərir - əzilmə və ya sınıq zamanı sinir-damar dəstəsinin bütövlüyü pozulur və rəng dəyişir", - deyə mütəxəssis bildirib.

 

Həkim digər qrupun - müəyyən plomb materialları ilə müalicə edilmiş dişlər olduğunu bildirib.

Dişlərin ağlığını necə qaytarmaqdan danışarkən həkim qeyd edib ki, səbəbdən asılı olaraq üsullar fərqli ola bilər.

"Birinci və ən əsası - vaxtında ixtisaslı stomatoloqa müraciət etməkdir. Birinci mərhələdə peşəkar diş təmizliyi və fərdi gigiyena vasitələrinin seçimi olacaq. Bəzi hallarda bu kifayət edəcək, bəzilərinə isə ağız boşluğunda bütün kariyeslərin və ya sinir iltihabı şəklində ağırlaşmaların müalicəsi lazım olacaq. Ola bilər ki, həkim ağartma təklif etsin, bu həm kliniki, həm də ev şəraitində ola bilər. Həmçinin dişlərin qaralması probleminin həlli variantlarından biri vinirlərin hazırlanması ola bilər ki, burada siz özünüz bəyəndiyiniz diş rəngini seçə bilərsiniz", - deyə stomatoloq qeyd edib.

Sonda o vurğuladı ki, müntəzəm profilaktik müayinələr və altı ayda bir dəfə profilaktika üçün peşəkar diş təmizliyi bir çox problemlərin qarşısını almağa kömək edəcək.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
03 noyabr 2026, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
03 noyabr 2026, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
03 noyabr 2026, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
03 noyabr 2026, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Oxşar xəbərlər