Oktyabrın 18-də Yaponiyanın Kitakyuşu şəhərində start götürəcək idman gimnastikası üzrə dünya çempionatında ölkəmizi 3 idmançı təmsil edəcək. Bu haqda Report məlumat yayıb.
7 gün davam edəcək yarışda ölkəmizi kişilərin mübarizəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov təmsil edəcək. Qadınların yarışında isə Samirə Qəhrəmanova və Milana Minakovskaya iştirak edəcək.