2022-ci ilin ilk 3 ayında dövlət büdcəsinin gəliri 7 milyard manatdan çox, xərcləri isə 5,6 milyard manatdan çox olub. Bu barədə 13 aprel tarixində Maliyyə Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, sözügedən dövr ərzində büdcədə 1,38 milyard manat profisit yaranıb. Bu da proqnozlaşdırılan məbləğdən 476,6 milyon manat çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcənin gəlirləri 22,2% artıb.
Qeyd edək ki, dövlət büdcəsinin faktiki xərclərinin 49,3%-ni sosialyönümlü xərclər təşkil edib.