Dövlət Sərhəd Xidmətinin əsgəri vəfat edib. Bu barədə 30 iyul tarixində Report məlumat verib.
Belə ki, iyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.
Hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.