Bu ilin I rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) aprelin 20-dən gec olmayaraq təqdim olunmalıdır. Bu barədə Dövlət Vergi Xidməti sahibkarlara 16 aprel tarixində məlumat yayıb.
Məlumatda bildirilib ki, bəyannamələr vaxtında təqdim olunmadığı halda, vergi ödəyicisinə hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.
Əlavə məlumat üçün 195 nömrəsinə zəng etmək olar.