Kəşfiyyat və əks-kəşfiyyat orqanları əməkdaşlarının sosial müdafiəsi gücləndirilir. Bu haqda yanvarın 8-də Prezident fərman imzalayıb.
Dəyişikliyə görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilmiş vəsaitin 5%-i və şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişin 5%-i əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə DTX-nın xəzinə hesabına köçürüləcək.
Sözügedən Qanun 2021-ci ilin 1 sentyabr tarixindən tətbiq edilir.