ƏDV geri al sistemi üzrə faizlərin dəyişdirlməsi məsələsi müzakirə edilir. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərova istinadən 24 dekabr tarixində Report xəbər verib.
Onun sözlərinə görə, sistemdə təkmilləşdirmələr yenə də aparılacaq. "Bəzi məhsullar var, onların ƏDV-sinin geriyə qaytarılması o qədər də önəmli deyil. Yəni əhalinin sosial təbəqəsinə, ümumi təbəqəyə bunun aidiyyatı yoxdur. Amma biri indi "Bentley" markalı avtomobil gətirirsə, sabah təyyarə alıb gətirəcəksə onun ƏDV-sinin qaytarılması sual doğurur. Daha çox təkmilləşmə ondan ibarətdir ki, əhalimiz, xüsusilə nisbətən daha aşağı əməkhaqqı alan insanlar bundan daha çox yararlansınlar", - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, hazırda ƏDV-nin geri qaytarılması sistemi üzrə 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i geri qayıdır.