Dövlət Yol Polisi avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması və qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbirlərə başlayıb. Bu haqda oktyabrın 13-də DYP məlumat verib.
Müəyyən edilən qaydaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.