"Hazırda hava küləkli olduğu üçün sürücülər nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamasınlar", - deyə noyabrın 16-da Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib
Piyadalardan ancaq səki ilə hərəkət etmək və yolları onların rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməklə keçmələri xahış olunur.