Oktyabrın 25-dən ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı keçiriləcək. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Təlimin əsas məqsədi hərbçilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Təlim toplanışı noyabrın 6-dək davam edəcək.