Hazırda 362 məktəbdə həm kağız formatlı, həm də elektron sinif jurnalından istifadə olunur. Bu barədə 11 yanvar tarixində Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “Elektron sinif jurnalı" layihəsi pilot formada təşkil olunur və bütün ölkəni əhatə etmir. Bu səbəbdən hazırda yalnız elektron jurnalın tətbiq olunduğu ümumi təhsil müəssisəsi yoxdur.