İrana uçuşları dayandıran “Emirates” və “Turkish Airlines” fəaliyyətlərini bərpa ediblər.
Bu barədə İnsanoid.com İran mətbuatına istinadən xəbər verir.
İran-İsrail gərginliyinin artması səbəbindən son günlər Tehrana uçuşları dayandıran “Emirates” və “Turkish Airlines” aviaşirkətləri ötən gün yenidən fəaliyyətlərini bərpa ediblər.
Məlumata görə, artıq Tehran-İstanbul və Tehran-Dubay, eləcə də əks istiqamətlərdə reyslər həyata keçirilməyə başlanıb.
Xatırladaq ki, “Emirates” aviaşirkəti oktyabrın 8-dən, “Turkish Airlines” isə oktyabrın 24-dən etibarən İrana uçuşları dayandırmışdı.