11-13 mart tarixlərində “Diplomatiyanın Yenidən Qurulması” mövzusunda İkinci Antalya Diplomatiya Forumu keçiriləcək. Bu barədə Energetika Nazirliyinin saytında məlumat verilib.
Tədbirdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov iştirak edəcək. O, “Enerji təhlükəsizliyində qarışıqlıq” panelində müzakirələrə qatılacaq.