Dünən, yanvarın 11-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Hərbi qulluqçu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun qarşı tərəfdən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı “milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.