Ermənistan hökuməti 2020-ci ilin 44 günlük müharibəsinin başladığı 27 sentyabrın Anım Günü elan edilməsi təşəbbüsünü rədd edib.
İnsanoid.com erməni KİV-ə istinadən xəbər verir ki, bu təkliflə müxalifətçi deputat Qeqam Nazaryan çıxış edib. Amma onun təklifi qəbul olunmayıb və hökumət qərara gəlib ki, Ordu Günü - 28 Yanvar bu günü qeyd etmək və ölənlərin xatirəsini yad etmək üçün kifayətdir.
Qeyd edək ki, Qeqam Nazaryanın oğlu 44 günlük mübaribədə ölüb.