Ermənistan ordusunun əsgəri ölüb. Bu barədə Report 13 sentyabr tarixində xəbər verib.
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aleks Sureni Avanesyan sentyabrın 12-də saat 19:50 radələrində aldığı güllə yarasından ölüb.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.